Layihə haqqında
Rəqəmsal məktəb nədir?
“Rəqəmsal Məktəb” platforması rəqəmsal mühitdə öyrənmə, tədris, ünsiyyət və əməkdaşlıq platformasıdır.
“Rəqəmsal məktəb” platforması şagird, valideyn, müəllim və məktəb rəhbəri rolları üzrə tədris resurslarının idarəedilməsi və tənzimlənməsi imkanlarını təmin edir.
Platformaya giriş
Platformasına giriş Digital login üzrə aparılır. Belə ki, valideyn, müəllim və məktəb rəhbərləri “SİMA” rəqəmsal imza daxil olmaqla bütün digital login imkanlarından təhlükəsiz istifadə edərək şəxsi səhifəsinə giriş imkanına malikdir.
Valideyn kabineti
Platformada həmçinin valideyn kabineti də mövcuddur ki, vətəndaşlar övladı haqda gündəlik qiymətləndirmə məlumatlarını izləyə bilir və birbaşa məktəb rəhbəri ilə onlayn şəkildə mövcud çat vasitəsilə əlaqə saxlayır.
Qiymətlərə bax.
Məktəb rəhbəri ilə əlaqə.
Şagird kabineti
Platformaya şagirdlər üçün də giriş mövcuddur. Giriş məlumatları hər bir şagird üçün valideyni tərəfindən təyin edilmiş şifrə və UTİS kod vasitəsilə mümkündür.
Şagirdlərin elektron resurslardan istifadəsi imkanının təmin olunması məqsədilə hər fənn üzrə mövzuya uyğun elektron resurlar – video dərslər, tapşırıqlar və kvizlər (test) yerləşdirilmişdir ki, şagirdlər məktəbdə keçirilən hər hansı mövzu üzrə çətinlik çəkdikdə və yaxud müvafiq səbəblərdən dərsdə iştirak etmədikdə platforma üzrə yaradılmış elektron resurslardan istifadə edə bilirlər.
Tədris prosesini daha yaradıcı edən və şagirdlər tərəfindən məlumatın qavranılmasını asanlaşdıran video dərslər fizika, kimya, Azərbaycan dili, təbiət, riyaziyyat və sairə kimi məktəb proqramını və ibtidai siniflərin əhatə edir. Video dərslər hər bir şagirdə olduğu məkandan asılı olmayaraq geniş öyrənmə imkanları verir. Eyni zamanda platforma şagirdə dərs tapşırıqlarının həllini müəllimin dilindən vizual izahlı şəkildə dinləmək imkanı verir.
Statistik göstəricilər
Hesabatlar
Elektron jurnalları
Təlim nəticələri
Məktəb rəhbəri kabineti
Eyni zamanda məktəb rəhbərləri üçün tədris prosesinin bir məkandan izlənməsi rəhbərlik etdiyi təhsil müəssisəsinin statistik göstəriciləri və ani hesabatların əldə edilməsi kimi imkanları da platformada mövcuddur. Məktəb rəhbərləri şəxsi kabinetləri vasitəsilə rəhbərlik etdikləri müəssisə üzrə elektron jurnalları izləyə və təlim nəticələrini təhlil edə bilirlər.